Darıxmıram | İlqar Kamil

Deyim, biləsən,
sənin üçün darıxmıram,
heç yadıma da düşmürsən.
Sənə elə gəlir dərdindən ölürəm?
Yox, əşşi
sənsizlik məni üzüb eləmir
qətiyyən,
nə ağlayıram,
nə də pəncərədən baxa-baxa
gözümün yaşını silirəm.
Nə bilim,
sən yoxsan deyə
nigaran da deyiləm heç…
 

0 şərh